Powered By Blogger

13 Şubat 2010 Cumartesi

QLOBAL MALİYYƏ BÖHRANININ AZƏRBAYCAN İQTİSADİYYATINA TƏSİRİ

Azərbaycanın dünya iqtisadi sisteminə sürətli inteqrasiyası və bir çox inkişaf etmiş və ya inkişaf etməkdə olan ölkələrlə sıx iqtisadi əlaqələri, dünya maliyyə böhranının ölkə iqtisadiyyatına müəyyən mənada təsirinə gətirib çıxarmışdır. Azərbaycanın ümumi iqtisadiyyatına nəzər saldıqda ÜDM-nin artımı, inflyasiya tempinin aşağı düşməsi, işsizliyin azalması və başqa pozitiv iqtisadi inkişaf templərinin artışının əsas səbəblərindən biri də neft hasilatı və artan neft qiymətlərindən asılı olduğundan, böhran sonrası qlobal birjalarda , neft qiymətinin düşməsi ölkə iqtisadiyyatı üçün bəzi çətinliklər meydana gətirmişdir.Bu məqalədə Qlobal maliyyə böhranınn Azərbaycanın iqtisadiyyatına makro və mikro səviyyələrdə, o cümlədən neft və qeyri-neft sektoruna, aqrar sahəyə, ticarət həcminə, dövlət borcuna, dövlət büdcəsinə və birbaşa investisiyalara təsiri üzrə tədqiqat aparılmışdır.